top of page
0.jpg

KOMPLEKT PAYLAYICI QURĞULAR

ATEF Şirkətlər Qrupunun istehsal etdiyi orta gərginlikli komplekt paylayıcı qurğular (KPQ) etibarlılığı, təhlükəsizliyi, universallılığı və səmərəliliyi ilə fərqlənir. Bu avadanlıqlar optimal qiymət və keyfiyyət nisbəti ilə müasir dizaynda hazırlanır.

KPQ-yə daxil olan yuvalar (modullar) ATEF istehsalı olan vakuum və ya eleqaz (SF6) açarları, müasir mikroprosessorlu rele mühafizə və idarəetmə sistemləri ilə təchiz edilir. Bu modullar kommutasiya qovşaqlarının (açarların və ayırıcıların) konstruksiyasına görə fərqlənən 4 əsas versiyada istehsal olunur:

  • Vakuum açarlı stasionar paylayıcı qurğular

  • Eleqaz açarlı (SF6) stasionar paylayıcı qurğular

  • Vakuum açarlı hərəkətli (arabalı) tipli paylayıcı qurğular

  • Vakuum açarlı çəkməcəli (kaset tipli) paylayıcı qurğular

 

Şirkətimiz tərəfindən istehsal edilən KPQ-lər, həm ümumi sənaye yarımstansiyalarında, həm də dartı yarımstansiyasında, eləcə də elektrikləşdirilmiş dəmir yolu və metropolitenlərdə istifadə edilə bilər. Bu məqsədlər üçün 825 V DC, 3.3 kV DC sabit cərəyanlı açarları və 27,5 kV AC açarları olan KPQ yuvaları (modulları) istehsal edilir.

KPQ-yə daxil olan modulların sayı və tipləri, eləcə də düzülmə ardıcıllığı müştəri tərəfindən təsdiq olunmuş sorğu vərəqinə görə müəyyən edilir.

Aşağı gərginlikli paylayıcı qurğular

İstehsal etdiyimiz aşağı gərginlikli paylayıcı qurğuların əsas üstünlükləri:

  • Mövcud paylayıcı qurğularının gücünü artırmaq imkanı (standartlaşdırılmış mexaniki və elektrik birləşmələr ilə təmin olunan mövcud paylayıcı qurğuların konfiqurasiyasına əlavə etmək və ya dəyişdirməklə)

  • Konstruktiv həllərə uyuşqanlığı

  • Müasir dizayn, yüksək keyfiyyət

  • Yığma şinlərin tək və ya çoxpilləli olma imkanı

  • Mövcud sistemlərə qısa müddətdə uyğunlaşma imkanı

  • Birtərəfli və ya ikitərəfli xidmət olunan şkaflar

 

Paylayıcı qurğuların dolabları rahat sökülüb-yığıla bilən konstruksiyaya malik olduğundan sifarişçinin ehtiyac və istəklərini nəzərə almağa, geniş istehlakçı kütləsi üçün uzunmüddətli, perspektivli və etibarlı həllər təqdim etməyə, yüksək standartlara cavab verməyə imkan verir.

Bütün versiyalara uyğun hər dolabın gövdəsi rahat kilid və əlcəkləri olan qapı və çıxarıla bilən yan, arxa panellərdən ibarət yığma karkas konstruksiyasına malikdir. Giriş və çıxış bağlantıları (şinlər və kabellər) dolabın istənilən tərəfindən çıxarıla bilər.

bottom of page