top of page
0.JPG

AÇARLAR

Müxtəlif konstruksiyalı yüksək gərginlikli elektrik açarlarının istehsal prosesləri beynəlxalq İSO standartlarının tələb etdiyi keyfiyyət idarəetmə sisteminə uyğun ciddi nəzarət şəraitində həyata keçirilir. İstehsal olunan hər bir komponent ayrı-ayrılıqda çoxmərhələli yoxlamadan keçdikdən sonra montaj edilir və tam yığılmış elektrik açarı sifarişçiyə göndərilmədən öncə bütün mexaniki və elektrik sınaqlarından keçir.  
 

Bunun üçün müəssisədə avtomatlaşdırılmış sınaq stendləri və müasir çoxfunksiyalı ölçmə alətləri ilə təchiz olunmuş laboratoriya var. Odur ki, ATEF tərəfindən inşa edilən bütün komplekt paylayıcı qurğular (KPQ), eləcə də gərginliyi 330 kV -dək açıq və qapalı paylayıcı qurğuları (APQ və QPQ) öz istehsalımız olan elektrik açarları ilə təchiz edilir:
 

· Gərginliyi 330 kV, keçid cərəyanı 3200 A qədər olan stasionar və hərəkətli, binadaxili və açıq havada istismar üçün nəzərdə tutulan vakuum açarlar. Elektrik açarı KPQ-nin yuvasının dizaynından asılı olaraq öndən (frontal) və yandan idarəetmə mexanizmli ola bilər.

·  Gərginliyi 330 kV, keçid cərəyan 3200 A qədər olan eleqaz (SF6) açarları 

bottom of page