top of page
0.jpg

KOMPENSATORLAR

ATEF tərəfindən təklif olunan 0,4 kV və 10 (6,0) kV tənzimlənə bilən reaktiv güc kompensatorları (KRM) istehsal zamanı dayanmalardan və bahalı prosesi yenidən başlama proseduralarından qaçmağa imkan verir.
 

KRM avadanlıqları paylayıcı şəbəkələrdə güc dövrələrinin kommutasiyası zamanı əmələ gələn gərginlik sıçrayışlarının qarşısını alaraq, keçid proseslərini daha təhlükəsiz edir. Eyni zamanda bərpa olunan enerji mənbələrinin dövrəyə qoşulması nəticəsində yarana biləcək sinusoid pillələrini hamarlaşdırmaq üçün sənaye enerji paylama sistemlərində geniş istifadə olunur.
 

Reaktiv güc kompensatorlarının istifadəsi elektrik itkilərini azaltmağa, elektrik şəbəkəsinin müxtəlif hissələrində gərginliyin düşməsinin qarşısını almağa,  paylayıcı şəbəkədəki reaktiv enerjinin miqdarını aşağı salmağa və istehlak edilmiş elektrik enerjisinə görə ödəmə xərclərini azaltmağa, eləcə də faza asimmetriyasını düzəltmək və cihazların işinə şəbəkə təsirini azaltmağa imkan verir.

bottom of page