METAL DAYAQLAR
Metal Konstruksiya Zavodumuzda dəmir yolu kontakt şəbəkəsinin tikintisi və yenidən qurulması üçün istənilən növ metal dayaqların və portalların layihələndirilməsi və istehsalı mümkündür.
Dayaqlar həm əymə (MKQ), həm də standart (MK) şvellerdən hazırlanır. Dayaqların hündürlüyü 10 m və 12 m olur. Həmçinin dəmir yolunun oxu boyunca daşıma qabiliyyətindən asılı olaraq müxtəlif ölçü və konstruksiyalarda ola bilir.
MKQA və MKR tipli dayaqlar yüksək davamlıqları ilə yanaşı, daha çox yük götürmə qabiliyyətinə malikdirlər. Əsasən anker və ya sərt çarpaz dirək kimi istifadə olunurlar.
Konstruksiya baxımından dayaqlar fərdi şəkildə hazırlanır, dielektrik vtulka və şaybadan keçirilən anker boltlar vasitəsi ilə dəmir-beton təməllər üzərində quraşdırılır. Dayaqlarda quraşdırılması üçün oturacaq hissəsində müvafiq deşiklər nəzərdə tutulub.
Dayaqlar və portallar C245 və C345 (soyuq iqlimli rayonlar üçün) markalı karbonlu poladdan hazırlanır. Bu məhsullar QOST 27772 və ya analoji standartlara cavab verir. Dayaqların qaynağı karbon qazı mühitində yarı avtomat aparatlarla peşəkar qaynaqçılar tərəfindən aparılır. Bütün dayaqlar və bağlantı elementləri qalınlığı 120 mikrondan az olmayan örtüklə, qaynar və ya soyuq sinklənmə texnologiyası ilə korroziyadan qorunur.
ATEF Şirkətlər Qrupu sifarişçiyə, həmçinin metal dayaqların quraşdırılması üçün lazım olan dəmir-beton təməllər də təklif edir. Təməllər metal dayaqların külək və digər mexaniki yüklərə dayanıqlığını nəzərə alaraq layihələndirilir.