GÜC
TRANSFORMATORLARI
ATEF Şirkətlər Qrupunun dünyada yüksək gərginlikli güc transformatorları bazarında özünəməxsus yeri var. Şirkət gərginlik sinfi 525 kV və gücü 800 MVA qədər olan yağ izolyasiyalı transformatorlar və reaktorlar istehsal edir.
Bu məhsulların hazırlanması üçün şirkətimiz unikal layihələndirmə konsepsiyasına malikdir. Bunun sayəsində həm istehsal prosesini sürətləndirə, həm də beynəlxalq keyfiyyət parametrlərinə cavab verməyi bacarırıq.
ATEF markası altında istehsal olunan transformatorlar KEMA və CESI kimi nüfuzlu beynəlxalq laboratoriyalar tərəfindən test edilərək sertifikatlaşdırılıb.
İstehsal etdiyimiz güc transformatorlarına aşağıdakı çeşidlərimiz daxildir:
- Alçaldıcı transformatorlar
- Yüksəldici transformatorlar
- Faza sürüşdürmə transformatorları
- Dartı transformatorları
- Avtotransformatorlar
- Qövs transformatorları
- Elektrik soba transformatorları
- Şuntlama reaktorları
Maqnit-nüvə yığımı
Transformatorların ən vacib parametrlərindən biri də onların daxili itkiləridir ki, bunun da əsasını keyfiyyətli maqnit-nüvə sistemi təşkil edir. İri Qabaritli Transformatorlar Zavodunda maqnit-nüvə istehsal texnologiyasına xüsusi diqqət yetirilir.
Zavodda, qalınlığı 0,18mm-ə qədər olan elektrotexniki poladın uzununa və eninə yüksək dəqiqliklə kəsimi üçün İtaliyanın SAGMA və Almaniyanın GEORG firmalarının avtomatik xətləri quraşdırılıb. Bu texnoloji xətlər, həmçinin STEP-LAP texnologiyası əsasında lövhələrin müxtəlif bucaq altında kəsiminə də imkan verir.
Hidravlik tənzimlənən yığma masaları və xüsusi bandaj maşınları maqnit-nüvə sisteminin minimum elektrik itkiləri, eləcə də ən aşağı səs səviyyəsi ilə istehsalını təmin edir.
Maqnit-nüvə sisteminin dizaynı və istehsalı zamanı bu parametrlərə xüsusi diqqət yetirilir:
-
Yüksək etibarlılıq
-
Material və işçi qüvvəsinin optimallaşdırılması
-
Transformatorun poladında itkiləri azaldılması
-
Maqnitləşdirmə cərəyanının azalması
-
Aşağı səviyyəli səs
Keyfiyyət və etibarlılığı təmin etmək üçün istehsalın hər mərhələsində keyfiyyətin yoxlanmasına xüsusi diqqət yetirilir. Elektrotexniki poladdan kəsilmiş hissələr maqnit-nüvədə hesablanmış itki dəyərlərinin təmin edilməsi üçün ayrıca yoxlanılır.
Aktiv hissənin yığılması və qurudulması
Dolaqların və nüvələrin yığılması başa çatdıqdan sonra transformatorun aktiv hissəsi maksimum effektli qurutma üçün vakuum kamerasına verilir.
Aktiv hissədən rütubətin tam çıxarılması üçün qurutma prosesi xüsusi vakuum sobalarda, solvent buxarında həyata keçirilir.
Bu texnologiya ATEF tərəfindən istehsal olunan transformatorların maksimum etibarlığına nail olmağa imkan verir.
Dolaqların hazırlanması
Horizontal və vertikal sarğı dəzgahlarımız çəkisi 30 tona qədər olan ən mürəkkəb dolaqların belə, qısa müddət ərzində hazırlanmasına imkan verir.
Bu tip dəzgahlar iş prosesinin sürətini artırmaqla yanaşı, məhsul istehsalının keyfiyyətli əsaslarda yekunlaşmasını təmin edir. Vertikal sarğı dəzgahları böyük dolaqların istehsalında operatorlara səlis və asan idarəetmə imkanı yaradır.
Yüksək gərginlikli güc transformatorlarının dolaqlarının hazırlanması zamanı keyfiyyətli sarğı məftillərindən, o cümlədən, transpozisiya olunmuş (CTC) məftillərdən və izolyasiya materiallarından (silindrlər, reykalar, ara qatları, konuslar və s.) istifadə edilir ki, bu da öz növbəsində transformatorların istismar müddəti boyunca etibarlı işinə zəmanət verir.
Sarınmış dolaqlardakı izolyasiya materialların tərkibindən rütubəti çıxarmaq üçün zavodda avtomatlaşdırılmış vakuum qurutma sobaları mövcuddur. Bu sobalar eyni zamanda dolaqların yüksəkliyini tənzimləmək (sarğı boylarını hesabat dəyərlərinə endirmək üçün) xüsusi hidravlik preslərlə təchiz olunub. Qurutma və presləmə prosesi tam avtomatlaşdırılıb. Proses zamanı maksimum səmərəliliyə nail olmaq üçün operatorlar tərəfindən bütün mərhələlərə tam nəzarət edilir.
ATEF Sınaq Mərkəzi
İri Qabaritli Transformatorlar Zavodu ərazisində quraşdırılmış çoxfunksiyali Sınaq Mərkəzi Almaniyanın HIGH VOLT şirkəti tərəfindən layihələdirilib və ən müasir avadanlıqlarla təchiz edilib. Sınaq Mərkəzidə güc transformatorlarının bütün növ elektrik sınaqları keçirilir və məhsulların IEC, QOST və digər beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır.
Mərkəz qismən boşalma, yüksək tezlikli səs səviyyəsinin ölçülməsi kimi həssas sınaqların aparılması üçün xüsusi ekranla (FARADEY qəfəsi) tamamilə əhatə edilib.
Sınaq Mərkəzinə həmçinin istifadə olunan materialların kimyəvi və fiziki analizi, xüsusən də transformator yağının və izolyasiya materiallarının analizi üçün laboratoriya da daxildir.
Laboratoriyalarımız ən dəqiq məlumatları əldə etməyə imkan verən avtomatik idarə edilən yüksək texnologiyalı sınaq avadanlığı ilə təchiz olunub. Bütün test nəticələri İSO tələblərinə uyğun sənədləşdirilir və sifarişçiyə təqdim edilə bilər.