top of page

İlham Əliyev yenidən qurulan “Yaşma” yarımstansiyasının açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

Yarımstansiyada ATEF Şirkətlər Qrupunun istehsal etdiyi və quraşdırdığı 2 ədəd 250 MVA avtotransformator da yer alıb.

Qeyd edək ki, Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.

Sistem əhəmiyyətli 330/220/110/10 kilovoltluq “Yaşma” yarımstansiyasının əsaslı yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, dövlətlərarası və ölkədaxili elektrik təchizatının etibarlığının və dayanıqlılığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir texnologiyaların tətbiqinə nail olunub. Ən müasir idarəetmə, rele mühafizəsi və avtomatika dövrələrinin quraşdırılması avadanlıqların imtinası və zədələnməsinin qarşısının alınmasını, mühafizələrin cəld, selektiv, etibarlı işini və operativ əməliyyatların çevikliyini təmin edəcək.

Comments


bottom of page