
ATEF Şirkətlər Qrupunun “Ukrqidroenerqo”nun sifarişi əsasında istehsal etdiyi güc transformatoru Kiyev Su Elektrik Stansiyasında quraşdırılıb.
150 MVA gücə və 121/10,5 kV gərginliyə malik blok transformatoru “Su Elektrik Stansiyalarının Reabilitasiyası” layihəsi çərçivəsində Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından alınan kreditlər hesabına əldə olunub.
Comments