top of page

ATEF Şirkətlər Qrupunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


ATEF Şirkətlər Qrupunda müasir və müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Toplantıda Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzsiz xidmətlərindən danışılıb.

Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində misilsiz rol oynamış Heydər Əliyevin vətən sevgisi, xalqa bağlılığı, ana dilinə məhəbbəti, milli-mənəvi dəyərlərə və tarixi ənənələrə sadiqliyindən bəhs olunub. Onun ən çətin anda ölkəmizi tənəzzüldən xilas edərək, tərəqqi yoluna çıxardığını vurğulanıb.

Bildirilib ki, Ulu Öndərin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan işğal altında olan torpaqlarını azad edib və beynəlxalq aləmdə öz layiqli yerini tutub.

Tədbirdə, həmçinin Heydər Əliyevin Azərbaycanın neft-qaz siyasətinin formalaşmasında, dəmir yolu və energetika sisteminin inkişafındakı rolundan bəhs edilib.

Yekunda görkəmli dövlət xadiminin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




Comentários


bottom of page