top of page

ATEF işğaldan azad olunan əraziləri elektrik avadanlıqları ilə təmin edəcək


ATEF Şirkətlər Qrupu işğaldan azad edilən ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması istiqamətində sifarişlərin icrasını davam etdirir.

Elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngi tarixə malik şirkət Ali Baş komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərin elektrik enerjisi ilə təminatı üçün səfərbər olub.

Şirkət hazırda Şuşa yarımstansiyası və Şükürbəyli yarımstansiyası üçün elektrik avadanlıqlarının istehsalını həyata keçirir. Artıq Yüksək Gərginlikli Avadanlıq Zavodunda RQZ-110K/2000 onurğa tipli ayırıcı və idarəetmə panelləri hazırlanıb.

Qeyd edək ki, ATEF işğaldan azad edilən ərazilərin bərpası üçün tələb olunan keyfiyyətli avadanlıqların operativ çatdırılmasından ötrü fasiləsiz fəaliyyət göstərir. Şirkət həmçinin Qarabağ bölgəsində yeni dəmir yol xətlərinin çəkilişi və bərpası işlərində də yaxından iştirak etməyi planlaşdırır.


Comments


bottom of page