
YÜKSƏK GƏRGİNLİKLİ AVADANLIQLAR ZAVODU
ATEF Şirkətlər Qrupunun ən müasir müəssisələrindən biri olan Yüksək Gərginlikli Avadanlıqlar Zavodunun rəsmi açılışı 2018-ci ildə baş tutub.
Müəssisə dəmir yolu, metro və enerji sektorları da daxil olmaqla, bir sıra sahələr üçün geniş çeşidli kommutasiya avadanlıqları istehsal edir:
-
Gərginliyi 330 kV-ya, cərəyanı 3200 A qədər olan, stasionar və hərəkətli vakuum açarları
-
Gərginliyi 330 kV-ya, cərəyanı 3200 A qədər olan eleqaz (SF6) açarları
-
Gərginliyi 330 kV-ya, cərəyanı 3200 A qədər xarici tip ayırıcılar elektrik və mexaniki intiqallı. Ayırıcıların dayaq izolyatorları müştəri tələbinə uyğun olaraq keramik və ya polimer ola bilər
-
Dönər ayırıcılar (daxili quraşdırma üçün, mexaniki kilidləməli)
-
Qısaqapayıcılar (yüksək gərginlikli güc transformatorlarının neytralının torpaqlaması üçün)
-
Dəyişən və sabit cərəyan dövrələri (AC, DC) üçün qısaqapayıcılar
-
Ayırıcıların və torpaqlayıcıların idarəetmə şkafları
Bütün məhsullar sifarişçiyə göndərilmədən öncə beynəlxalq standartlara uyğun mexaniki və elektrik sınaqlarından keçir.











