ÖLÇÜ TRANSFORMATORLARI
ATEF Şirkətlər Qrupunun istehsal sahələrində elektrik şəbəkə yarımstansiyalarının enerji ölçü və nəzarət cihazlarının, mühafizə və idarəetmə dövrələrinin, avtomatlaşdırma və siqnalizasiya dövrələrinin qurulması üçün zəruri olan ölçü transformatorlarının, həmçinin izolyator və gərginlik məhdudlaşdırıcıların (OPN) istehsalına lazım olan ən yeni texnologiyalar və avadanlıqlar quraşdırılıb.
Bu məhsulların nomenklaturasına aşağıdakılar daxildir:
· Dəqiqlik sinfi 0,2 S, gərginliyi 35 kV qədər olan daxili və xarici istismar üçün quru tip cərəyan transformatorları
· Dəqiqlik sinfi 0,2 S, gərginliyi 35 kV qədər olan daxili və xarici istismar üçün quru tip gərginlik transformatorları
· Dəqiqlik sinfi 0,2 S, gərginliyi 110 kV qədər olan açıq havada quraşdırılan yağlı tip gərginlik transformatorları (induktiv və kondensator tipli transformatorlar)
· Güc transformatorlarının girişlərində quraşdırılan TBT tipli cərəyan keçid transformatorları
· Polimer izolyasiyalı 220 kV qədər yüksək gərginlik məhdudlaşdırıcıları (OPN)
· Epoksid, dayaq və keçid-dayaq izolyatorları
· Xarici və daxili tip polimer dayaq izolyatorları və s.
Bizim imkanlarımız:
· Sifarişçinin texniki tələblərinə fərdi yanaşma
· Montaj ölçülərinə uyğunlaşmaq və qeyri-standart parametrləri təmin etmək imkanı
· Texniki həllərin daim təkmilləşdirilməsi
· Malların anbarda olması səbəbindən çatdırılma müddətinin minimuma endirilməsi