top of page
0.jpg

EHX DAYAQLARI

ATEF Şirkətlər Qrupu elektrik hava xətlərinin (EHX) bütün növ metal dayaqları, işıqlandırma projektor qüllələri və açıq paylayıcı qurğular (APQ) üçün portalların istehsalını həyata keçirir.
 

Dayaqlar, qüllələr və portalların bütün elementləri İtaliyanın FICEP şirkətinin avtomatlaşdırılmış texnoloji xəttində istehsal olunur. Texnoloji xətdə kəsmə, deşmə, eləcə də, hər bir detala identifikasiya nömrəsinin yazılması avtomatik olaraq proqram təminatı üzərindən aparılır. İstehsaldan sonra bütün detallar qumlama kamerasında təmizlənir və sifarişçinin istəyinə uyğun rənglənir və ya qaynar sinklə örtülür.     
 

Bu texnoloji tədbirlər məhsulların açıq hava şəraitində uzunmüddətli istismarına zəmanət verir. 

bottom of page