QURU TİP TRANSFORMATORLAR
ATEF tərəfindən istehsal edilən, orta gərginlikli (35 kV qədər) güc transformatorları çeşidlərinə epoksid qətranlı (tökmə texnologiyası) GEAFOL izolyasiyalı transformatorlar və hava aralıqlı izolyasiyalı quru tip transformatorlar da daxildir.
Gücü 12 MVA ya qədər olan, ATEF markalı quru tip transformatorlara bir çox ölkələrin Atom Elektrik Stansiyaları (AES), metropoliten və dəmiryolu dartı yarımstansiyaları, neft və qaz platformaları kimi strateji obyektlərdə, yanğına davamlı avadanlıqların tələb olunduğu iş və ticarət mərkəzlərində, yaşayış məntəqələri və binalarda rast gəlmək olar.
Quru tip transformatorların dolaqları alüminium və ya mis folqadan, eləcə də müxtəlif izolyasiyalı sarğı məftillərindən hazırlanır. Transformatorlar kompakt, asanlıqla sökülə bilən qoruyucu örtüklü və ya örtüksüz istehsal edilə bilər.
NOMEX, PPİU, şüşə lifli lent və ya emal-lak kimi müvafiq izolyasiya materiallarından istifadə etməklə, sifarişçinin tələbinə uyğun olaraq, B, F, H, C istilik siniflərinə aid transformatorlar istehsal edilir. Quru tip transformatorların konstruksiyasında xüsusi ventilyatorların və onların nəzarət-idarəetmə sistemlərinin quraşdırılması mümkündür.