AYIRICILAR VƏ TORPAQLAYICILAR
Bu gün şirkətin Yüksək Gərginlikli Avadanlıqlar Zavodunun konveyerindən həm daxili, həm də xarici quraşdırma üçün geniş çeşiddə ayırıcı və torpaqlayıcılar istehsal olunur.
Bura həmçinin daxildir:
Tək və iki sütunlu xarici tip horizontal dönər ayırıcılar
Mərkəzi dönər ayırıcılar
Vertikal ayırıcılar
1, 2 və 3 qütblü torpaqlayıcılar
AC və DC dövrələri üçün daxili və xarici tip qısaqapayıcılar
Daxili tip mexaniki kilidli dönər ayırıcılar
Güc transformatorlarının neytralının torpaqlayıcıları
İstehsal olunan bütün ayırıcılar 1 və ya 2 torpaqlayıcı bıçaqlı ola bilir. Ayırıcılar və onların torpaqlama bıçaqları motorla və ya əl intiqalı ilə idarə olunacaq şəkildə dizayn olunub. Ayırıcılar 35 kV-dan 330 kV qədər gərginlik sinfi və 3200 A cərəyan kommutasiya edə bilən konstruksiyaya malikdir.
Ayırıcılar üçün dayaq izolyatorlar tələbə uyğun keramik və ya polimer ola bilər. Sifariş verərkən, hər bir məhsul üçün xüsusi sorğu vərəqi sifarişçi tərəfindən doldurularaq istehsalçı ilə razılaşdırılmalıdır.