top of page
0.jpg

MİS ANOD VƏ KATODLAR

ATEF-in istehsal müəssisələrində həm daxili ehtiyaclar, həm də ixrac üçün misin emal proseslərinin bütün texnoloji mərhələləri təşkil edilib.
 

Mis tullantıları seçilərək çeşidlənir, doğranılır (zərurət olduqda), breket halında sıxışdırılır və fırlanan qaz sobalarında əridilib saflaşdırıldıqdan sonra xüsusi formalara tökülərək anod lövhələri istehsal edilir. Hazır anod lövhələr elektroliz sahəsinə göndərilir və növbəti emal prosesindən keçərək M1k, M0k və M00k (QOST 546-2001) markalı saf elektrotexniki mis katodlarına çevrilir.
 

Mis katodlar, öz növbəsində, QOST R 53803-2010, ASTM B 49-10, BS EN 1977 tələblərinə uyğun olaraq oksigensiz katanka (mis tel çubuq) istehsalı üçün xammal rolunu oynayır.

bottom of page