top of page
0.jpg

NAQİLLƏR VƏ DAŞIYICI TROSLAR

Şirkət tərəfindən istehsal olunan cərəyan daşıyıcı naqillər çeşidinə müxtəlif konfiqurasiyalı şinlər, troslar və borular daxildir. Tələblərdən asılı olaraq alüminium və mis materiallardan, eləcə də onların ərintilərindən istifadə olunur:
 

·   Cərəyanı 6000 A qədər olan qapalı paylayıcı qurğular (KPQ) üçün düzbucaqlı şinlər

·   Diametri 160 mm qədər olan açıq paylayıcı qurğuların (APQ) üçün   boruşəkilli AL şinlər

·   Müxtəlif konfiqurasiyalı şin keçidləri

·   Dəmir yolu kontakt şəbəkəsi üçün fasonlu MF tipli mis və qarışıq tərkibli NLMF tipli naqillər

·   Dəmir yolu kontakt şəbəkəsi üçün M tipli mis daşıyıcı troslar

·   Dəmir yolu kontakt şəbəkəsi üçün manqalı bərkidicilər

·   Yaylı asqı naqilləri və s.
 

Alüminium və misdən, eləcə də müxtəlif tərkibli qarışıqlardan hazırlanan şinlər (düzbucaqlı və boruşəkilli) yüksək təzyiqli preslərdə ekstruziya üsulu ilə istehsal olunur ki, bu da məhsulların bütün en kəsiyi boyunca sabit, homogen tərkibdə qalmasına imkan verir. 
 

Mürəkkəb konfiqurasiyalı şin bağlantıları və keçidlər yüksək dəqiqlikliyə malik, proqram təminatlı Almaniyanın EHRT firmasına aid, avtomatik kəsmə, deşmə, əymə xətlərində  hazırlanır.
 

Açıq paylayıcı qurğular üçün təklif etdiyimiz boruşəkilli AL şinlər, sifarişçi tələbinə görə ATEF istehsalı olan birləşdirici hissələrlə (portallar, izolyatorlar, dayaqlar, sıxaclar, əyilmələr, muftalar və s.) təchiz edilə bilir.

bottom of page