top of page
MA_32841.jpg

ALÜMİNİUM KONSOLLAR

Dəmir yolu kontakt şəbəkəsində daşıyıcı tros və asma naqillərin bərkidildiyi ən mühüm elementlərdən biri də konsollardır. Konsollar forma və ölçülərinə görə sifarişçinin texniki tapşırığı əsasında hazırlanır və konstruktiv olaraq 3 fərqli tipə bölünür:
 

· İzolə olunmuş polad konsollar

· İzolə olunmayan polad konsollar                     

· İzolə olunmuş alüminium konsollar         
 

İzolə olunmuş alüminium konsollar yük daşıma hesabatına uyğun olaraq müvafiq diametrli, xüsusi tərkibli Al borulardan hazırlanır. Yüngül çəkiyə, mexaniki dayanıqlığına, uzun ömürlüyünə və cəlbedici xarici görünüşünə görə daha sərfəli sayılır. Konsollar metal və dəmir-beton dayaqlara bərkidilmək üçün uyğun kronşteynlərlə də təchiz oluna bilir.   
 

Konsollar forma və ölçülərinə görə sifarişçinin texniki tapşırığı əsasında hazırlanır. Al konsollar yüksək sürətli qatarların hərəkəti üçün nəzərdə tutulmuş dəyişən cərəyanlı AC kontakt şəbəkələrində, sahil zonalarında və çirklənmiş atmosferi olan yerlərdə istifadə olunur. Bu tip konsollar gərginliyi ayırmadan konsolun yaxınlığında daşıyıcı tros üzərində iş aparmağa imkan verir. İzolə olunmuş konsollarda zəncirvari izolyatorların olmamağı daşıyıcı trosun və kontakt naqilinin yüksək sabitliyini təmin edir ki, bu da qatarların yüksək sürətlə hərəkət etməsi üçün çox vacibdir.
 

İzolə olunmuş konsollar sifarişçinin tələbindən asılı olaraq müvafiq (KSPKR və FSPKR) tipli polimer izolyatorlarla da təmin oluna bilər.

bottom of page